Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu (Video)

11.11.2026

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Bakıda güclü yağışdan sonra Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində, "İnşaatçılar" metro stansiyası yaxınlığında nəqliyyatın hərəkətində ciddi çətinlik yaranıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yağıntı nəticəsində küçədə suyun səviyyəsi yüksəlib, yolun bəzi hissələri keçilməz vəziyyətə düşüb.

Yaranmış vəziyyət piyadaların və sürücülərin hərəkətini çətinləşdirib.

Ərazidən görüntüləri təqdim edirik:

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью