Bakıda iri ticarət mərkəzlərində ən çox rast gəlinən NÖQSANLAR | Icma.az
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq. İllik plan əsasında cari il ərzində Bakı şəhərində yerləşən ticarət mərkəzlərindən 50-dən art
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.
"Bakı şəhərində yerləşən ticarət mərkəzlərində sahibkarlıq fəaliyyətinin kütləvi təşkili, çoxsayda insanların eyni zamanda sözügedən obyektlərdə toplanması amilləri yüksək risk baxımından daim diqqət mərkəzində saxlanılır.
Bu növ obyektlərdə sahibkarlıq fəaliyyəti həyata keçirildiyi üçün yanğın-texniki müayinələrin keçirilməsi "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş dövrlərdə həyata keçirilir", - deyə məlumatda qeyd olunub.
Qeyd olunub ki, yoxlamaların nəticələrinə gəldikdə isə müasir, tikinti norma və qadalarının tələbləri çərçivəsində yeni inşa olunmuş ticarət mərkəzləri istisna olmaqla digər obyektlərdə (bazar, yarmarka, uzun illər öncə istismara verilmiş iri ticarət obyektləri və s.) ən çox rast gəlinən pozuntular aşağıdakılardır: Yanğından mühafizə sistemlərinin olmaması və ya nasaz vəziyyətdə saxlanılması Daxili yanğın kranlarının quraşdırılmaması və ya istifadəyə yararsız olması İlkin yanğınsöndürmə vasitələrinin çatışmazlığı, mövcud balonların müddətinin keçməsi Elektrik və qaz təsərrüfatının profilaktik baxımdan yayınması Qeyri-standart və nasaz istilik cihazlarının istifadəsi Propan qaz balonlarından istifadə hallarının aşkarlanması Yanğın hovuzları və hidrantların istifadəyə yararsız vəziyyətdə saxlanılması Anbarlarda yanğın əleyhinə müdafiə sədlərinin olmaması Havalandırma sistemlərinin işləməməsi və ya quraşdırılmaması Yanar materiallardan piştaxta və arakəsmələrin istifadəsi ilə yanğın yükünün artırılması Ticarət mallarının düzgün çeşidlənməməsi və təhlükəsiz məsafələrin gözlənilməməsi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu