Bakıda iş yoldaşının kartından pul oğurladı

25.01.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qaradağ rayonu ərazisində bir nəfərin bank kartından 1200 manat pul oğurlanıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı N. Ataşov müəyyən olunaraq saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin zərərçəkənin iş yoldaşı olduğu və onun telefonundan mobil tətbiq vasitəsilə ödənişi öz hesabına köçürdüyü müəyyən edilib.
Araşdırma davam etdirilir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью