Bakıda işıqforlar sıradan çıxıb: Sürücülər çaş baş düşüb

04.02.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Paytaxtda müşahidə olunan əlverişsiz hava şəraiti nəqliyyatın hərəkətində çətinliklər yaradıb. 

Xüsusilə bir sıra əsas ərazilərdə işıqforların sıradan çıxması sürücüləri və piyadaları təhlükə ilə üz-üzə qoyub.

“Cebheinfo.az” xəbər verir ki, “Jurnalistlər binası” kimi tanınan yaşayış binasının ətrafı, eləcə də "Bakı Olimpiya İdman Kompleksi" ərazisi daxil, Xutor qəsəbəsi və paytaxtın bir sıra yerlərində işıqforlar fəaliyyət göstərmir.

Bu hal nəqliyyatın intensiv olduğu saatlarda həm sürücülər, həm də piyadalar üçün qəza riskini əhəmiyyətli dərəcədə artırır. 

Sürücülər kimə yol verməli olduqlarını bilmirlər, piyadalar isə öz həyatlarını riskə ataraq yolu keçməyə məcbur qalırlar.
İşıqforların işləməməsi təkcə texniki nasazlıq deyil, insan həyatı üçün birbaşa təhlükədir. 

Hər an baş verə biləcək yol-nəqliyyat hadisəsinin məsuliyyətini kim daşıyacaq? Qəza baş verdikdən sonra görülən tədbirlərin isə artıq heç bir mənası qalmır.

Aidiyyəti qurumlar illərdir qış mövsümünə və fövqəladə hallara “tam hazır” olduqlarını bəyan etsələr də, reallıq tam fərqli mənzərə ortaya qoyur.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью