Bakıda İsrail və Türkiyə rəsmiləri danışıqlar aparacaq KONKRET

08.05.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Bu gün Bakıda Azərbaycan tərəfinin vasitəçiliyi ilə İsrail və Türkiyə nümayəndələri arasında danışıqlar keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Kan 11” telekanalı məlumat yayıb.

Bildirilib ki, Bakının vasitəçiliyi ilə təşkil edilən görüş Türkiyənin Suriyada artan fəallığı və iki ölkə arasında birbaşa hərbi toqquşma təhlükəsi ilə bağlı gərginliyin azaldılmasına yönəlib.

Qeyd edək ki, bir müddət öncə İsrail Baş naziri Benyamin Netanyahunun Bakı səfəri regiondakı son proseslərdən dolayı təxirə salınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью