Bakıda itən 13 yaşlı oğlan tapılıb YENİLƏNİB

28.11.2024

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Bakıda itən yeniyetmə tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində itkin düşmüş 13 yaşlı K.A. tapılaraq ailəsinə təhvil verilib.

***

09:48

Bakı şəhəri Suraxanı rayonunda 13 yaşlı oğlan itkin düşüb.

Avtosfer.az xəbər verir ki,  2011-ci il təvəllüdlü Kənan Ataşov yaşadığı evdən çıxaraq geri dönməyib.

Faktla bağlı Sabunçu RPŞ-də araşdırılma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью