Bakıda itin hücum etdiyi qadının köməyinə sürücülər çatdı VİDEO

31.08.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda çəkildiyi bildirilən görüntülərdə yol kənarında itin hücumuna məruz qalan qadına sürücülər kömək ediblər.

Modern.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda qadının yolun kənarında yerə yıxıldığı görünür. Hadisəni görən avtomobil sürücüsü dərhal maşını saxlayaraq qadının köməyinə çatıb.

Daha bir şəxs də müdaxilə edərək iti ərazidən uzaqlaşdırmağa çalışıb.

Hadisənin dəqiq yeri, başvermə vaxtı və qadının səhhəti barədə rəsmi məlumat açıqlanmayıb.

Görüntüləri təqdim edirik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью