Bakıda itkin düşən 10 yaşlı uşaq tapılıb YENİLƏNİB

13.02.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda itkin düşən azyaşlı tapılıb.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, itkin düşmə kimi axtarışa elan edilmiş azyaşlı polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

***

09:25

Bakıda 10 yaşlı oğlan itkin düşüb.

APA xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

Belə ki, 2015-ci il təvəllüdlü Sadiq Məcidov 10 fevral tarixində evdən çıxaraq geri qayıtmayıb.

Faktla bağlı araşdırılma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью