Bakıda itkin düşən 13 yaşlı oğlan tapıldı YENİLƏNİB

28.11.2024

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda itkin düşən 13 yaşlı oğlan tapılıb.

DİN-in Mətbuat xidmətindən "Unikal"a bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində itkin düşmüş 13 yaşlı K.A. tapılaraq ailəsinə təhvil verilib.

*** 09:40

Bakı şəhəri Suraxanı rayonunda 13 yaşlı oğlan itkin düşüb.

"Unikal" xəbər verir ki,  2011-ci il təvəllüdlü Kənan Ataşov yaşadığı evdən çıxaraq geri dönməyib.

Faktla bağlı Sabunçu RPŞ-də araşdırılma aparılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью