Bakıda itkin düşən 13 yaşlı oğlan tapılıb YENİLƏNİB

28.11.2024

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda itkin düşən 13 yaşlı oğlan tapılıb.

DİN-in Mətbuat xidmətindən APA-ya bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində itkin düşmüş 13 yaşlı K.A. tapılaraq ailəsinə təhvil verilib.

***

09.33

Bakıda 13 yaşlı oğlan itkin düşüb.

APA xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

Belə ki, 2011-ci il təvəllüdlü K.A. yaşadığı evdən çıxaraq geri dönməyib.

Faktla bağlı Sabunçu RPİ-də araşdırılma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью