Bakıda itkin düşən 14 yaşlı oğlan tapıldı YENİLƏNİB

20.11.2024

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Bakıda itkin düşən yeniyetmə tapılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, itkin düşən Mehdi Əsgərov polis əməkdaşları tərəfindən tapılaraq, ailəsinə təhvil verilib vəhadisədə kriminal tərkib yoxdur.

***
09:22

Bakıda yeniyetmə oğlan itkin düşüb.

Lent.az xəbər verir ki, Binəqədi rayonu 28 May qəsəbəsi, Oğuz küçəsində yaşayan 14 yaşlı Əsgərov Mehdi Xəyyam oğlu evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun anası polisə müraciətində bildirib.

Hazırda müraciətlə əlaqədar Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью