Bakıda itkin düşən gənc qız tapıldı YENİLƏNİB

15.02.2025

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda itkin düşən qız tapılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, itkin düşən 18 yaşlı Günel Abdullayeva polis əməkdaşları tərəfindən tapılaraq, ailəsinə təhvil verilib.

***
09:25

Bakıda gənc qız itkin düşüb.

Lent.az xəbər verir ki, Xətai rayonu, İ.Zülfüqarov küçəsində yaşayan 18 yaşlı Abdullayeva Günel Rizvan qızı  fevralın 12-də evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun qardaşı polisə müraciətində bildirib.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsində araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью