Bakıda itkin düşmüş kimi axtarış aparılan şəxslər tapılıb

26.04.2025

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda itkin düşmüş kimi axtarış aparılan şəxslər tapılıb.

Bu barədə "Ölkə.az"a DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

O deyib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarış aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.

Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью