Bakıda jurnalisti maşın vurdu FOTO

23.11.2024

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda  jurnalist Elçin Cəfərovu avtomobil vurub.

Gununsesi.info xəbər verir ki, bu barədə idman şərhçisi Pərviz Musayev sosial şəbəkə hesabında yazıb.

Bədbəxt hadisə paytaxtın piyada keçidlərindən birində yaşanıb.

Belə ki, ötən gün axşam verilişdən çıxıb evə gedərkən jurnalisti naməlum sürücü işıqforun qırmızı işığında, piyada keçidinin üstündə vurub.

O təcili olaraq xəstəxanaya yerləşdirlib.

Elçin Cəfərov hadisə zamanı müxtəlif dərəcəli xəsarətlər alsa da, hazırda onun həyati təhlükəsi yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью