Bakıda kafe yanıb

18.09.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Paytaxtın Suraxanı rayonunda kafedə yanğın olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonda ümumi sahəsi 250 m² olan birmərtəbəli kafenin anbarının içərisində qida məhsulları, 1 ədəd qapı-pəncərə və anbarın dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью