Bakıda kafedə dava: Ofisiant sərxoş müştərini bıçaqladı | Icma.az
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır. Bakıda kafedə müştəri bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi 2146-cı məhəllə ünvanında yerləşən kafedə baş verib.
Faiq adlı müştəri sərxoş vəziyyətdə kafeyə gələrək, tanımadığı şəxslərin masasında əyləşib, pivə sifariş verib.
Kafedə ofisiant işləyən Arif Məmmədov (ad və soyad şərtidir) ona yaxınlaşıb sifarişi götürüb və müştəriyə pivə gətirib.
Pivəni içən Faiq masada əyləşən şəxslərlə mübahisə edib və söyüş söyüb.
Ofisiant mübahisəni sakitləşdirib və masada oturan digər müştərilərdən üzr istəyib, Faiqin sərxoş olduğunu deyib.
Mübahisə sakitləşib və Faiq kafedən çıxıb. Bir neçə dəqiqədən sonra o, yenidən kafeyə qayıdaraq Arifi söyüb.
Arif onu yenidən sakitləşdirərək, evlərinə getməsini xahiş etsə də, Faiq yenidən onun ailə üzvlərini təhqir edib.
Tam oxu
Xəbəri oxu