Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var

04.12.2024

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Bakının Nərimanov rayonunda dava zamanı qadın xəsarət alıb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə iaşə obyektində qeydə alınıb.

1963-cü il təvəllüdlü M.Əliyeva kafedə tanışı ilə əlbəyaxa dava edib. Qadınlar arasında düşən dava zamanı M.Əliyeva xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt üzrə Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью