Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var

04.12.2024

Sitat.info saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Nərimanov rayonunda dava zamanı qadın xəsarət alıb.

Sitat.info APA-ya istinadən xəbər verir ki, hadisə iaşə obyektində qeydə alınıb.

1963-cü il təvəllüdlü M.Əliyeva kafedə tanışı ilə əlbəyaxa dava edib. Qadınlar arasında düşən dava zamanı M.Əliyeva xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt üzrə Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью