Bakıda “KamAZ” avtomobilin üzərinə aşdı,iki nəfər həlak oldu Video Yenilənib | Icma.az
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, səhər saatlarında hərəkətdə olan “KamAZ” markalı yük maşını idarəetmədən çıxaraq minik avtomobilinin üzərinə aşıb.
Hadisə nəticəsində ölənlərin olduğu bildirilir. *** Hadisə ilə bağlı FHN məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Əlavə məlumat veriləcək. *** Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Tam oxu
Xəbəri oxu