Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda kişini elektrik cərəyanı vurub.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.
36 yaşlı Əlabbas Səməndər oğlu Niftalıyevi qəsəbə ərazisində kamera quraşdıran zaman elektrik cərəyanı vurub. Xəstəxanaya yerləşdirilən Niftalıyevi xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır.