Bakıda kamikadze piyada son anda ölümdən qurtuldu Anbaan VİDEO

18.11.2025

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paytaxtda magistral yolda piyada tərəfindən təhlükəli anlar yaşanıb.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər Bakıda qeydə alınıb.

Videoda avtomobil yüksək sürətlə hərəkətdə olarkən, qəfil bir piyadanın yolun ortasına atıldığı görünür. O, həm öz həyatını, həm də sürücünü ciddi təhlükə altında qoyub.

Sürücü son anda ağır qəzanın qarşısını almağa nail olub.

Hadisə avtomobilin videoqeydiyyatçısının kamerasına düşüb və görüntülər izləyicilər arasında geniş müzakirəyə səbəb olub.

Məsələ ilə bağlı sürücülər piyadaların diqqətli olmasını, belə davranışların isə faciəyə gətirib çıxara biləcəyini bildiriblər.

Hüseyn
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью