Bakıda kamikadze sürücü peyda olub VİDEO

21.08.2026

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən gün Rəşid Behbudov küçəsi ilə Abbas Qulu Ağa Bakıxanov küçələrinin kəsişməsində qəza vəziyyəti yaranıb.
Demokrat.az bildirir ki, Abbas Qulu Ağa Bakıxanov küçəsindən yüksək sürətlə hərəkət edən Kia Cerato markalı avtomobil sevoforun qırmızı işığında keçərək ( sürəti yüksək olduğundan nömrəsi görünmür ) Rəşid Behbudov küçəsindən yaşıl işıqda hərəkət edən avtomobillərin önünə çıxıb, real təhlükə yaradıb.
Hadisə axşam saat 22:33-də baş verib. Həmin anlar digər avtomobillərin videoqeydiyyatçısına düşüb.
Xoşbəxtlikdən və digər sürücülərin ayıq-sayıqlığı nəticəsində ağır faciənin qarşısı alınıb.

Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью