Bakıda kanat yolu hansı ərazidə olacaq? AÇIQLAMA

08.10.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bu da bir variantdır, bir təklifdir, konsepsiyadır. Çox da reallaşacağına inanmıram. Olsa da, bəzi küçələrdə, belə bir görüntü xatirinə tətbiq edilə bilər. Yoxsa kütləvi sərnişin daşınmasında onun tətbiqinin real nəticə verəcəyinə inanmıram".

Bu fikirləri Redaktor.az-a Bakıda kanat yolunun açılmasından danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirdi.

Onun sözlərinə görə, kanat bəzi yerlərdə, əsasən turistik bölgələrdə ola bilər:

"Məsələn, bulvar boyunca və sair ərazilərdə tətbiq edilə bilər. Çünki indi belə böyük göydələnlərin arasında yerləşmiş, oturuşmuş şəhərdə bunu həyata keçirmək çox da rahat olmayacaq. O, metro və digər nəqliyyat vasitələri kimi çoxlu sayda sərnişin daşımaq qabiliyyətinə malik deyil. Müxtəlif ictimai nəqliyyat vasitələrinin olması yaxşıdır və olmalıdır. Avtobus, tramvay, trolleybus, metro və sair. Bu da bir variantdır, bu da bir təklifdir. Bunu etmək olar, amma çox məhdud yerlərdə".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью