Bakıda kanatla sərnişindaşıma olacaq VİDEO

03.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Bakıda kanat yolu ilə də sərnişindaşıma olacaq.

Bakıvaxtı.az Xəzər Tv-yə istinadən xəbər verir ki, Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Fərmanında dəyişiklik edib.

Sənədə əsasən, "Bakı Metropoliteni" sərnişin kanat yolları ilə sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqi, eləcə də layihələndirilməsini və tikintisini, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini və s. təmin edəcək.

Ekspert Anar Abbasov deyir ki, ölkəmizdə artıq kanat yolu təcrübəsi var, Bakıda planlaşdırılan kanat yolu isə bir sıra ütsünlüklərə malik olacaq.

Mütəxəssisin sözlərinə görə, kanatın qiymətləri icitmai nəqliyyatın qiymətlərindən kəskin fərqlənməyəcək.

Kanat yolunun hansı ərazilərdə təşkil edilə biləcəyi, yaradacağı üstünlüklər, mümkün qiymətlərlə bağlı suallara aydınlıq gətirmək üçün "Bakı Metropoliteni" QSC ilə əlaqə saxladıq. Bildirildi ki, qurumun sərnişindaşımada kanat yollarıyla bağlı göstərəcəyi xidmətlərlə əlaqədar ətraflı yaxın günlərdə icitmaiyyətə açıqlama veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью