Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Bakıda fəaliyyət göstərən təhsil şirkətində Ukraynanın Karazin Xarkov Milli Universitetinin prorektoru ilə görüş keçirilib.
AZXEBER.COM xəbər verir ki, görüşdə tərəflər arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Razılaşmaya əsasən, şirkət azərbaycanlı tələbələrin Karazin Xarkov Milli Universitetinə qəbuluna dəstək göstərəcək. Universitetin prorektoru bildirib ki, ali məktəb beynəlxalq əməkdaşlığa xüsusi önəm verir və Azərbaycan gəncləri üçün müxtəlif ixtisaslar üzrə təhsil imkanları yaradacaq.
Şirkət rəhbərliyi qeyd edib ki, bu əməkdaşlıq tələbələrin xaricdə keyfiyyətli təhsil almasına və gələcək karyeralarında uğur qazanmalarına töhfə verəcək.