Bakıda karqo şirkətində dava: Hücum edən şəxs saxlanıldı VİDEO

21.03.2025

Icma.az, Manset portalına istinadən məlumat verir.

Bakıda karqo şirkətlərindən birinin ofisinə hücum etməkdə şübhəli bilinən şəxs müəyyən edilib, izahatı alınıb.

Manset.az Report.az-a istindən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Vətəndaş F.Ələşrəfzadə martın 19-da Nəsimi rayonu ərazisində yerləşən ofislərin birində ona naməlum şəxs tərəfindən fiziki zor tətbiq edilməsi barədə polisə müraciət edib. Daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib, izahatı alınıb”, – mətbuat xidməti açıqlayıb.

Vurğulanıb ki, hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır: “Araşdırmanın nəticəsinə əsasən məsələyə hüquqi qiymət veriləcək”.

Xatırladaq ki, daha əvvəl paytaxtın Nəsimi rayonunda yerləşən karqo şirkətinin ofisinə hücumla bağlı məlumat yayılmışdı. Videogörüntülərdə ofisə daxil olan şəxsin əməkdaşa hücum edərək xəsarət yetirdiyi əks olunub.

View this post on Instagram

A post shared by Manset.az (@manset.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью