Icma.az bildirir, News24 portalına istinadən. Bakının Binəqədi rayonunda yerləşən, tarixə “Xutor” adı ilə düşmüş yaşayış məhəlləsində sökünt
Artıq rəsmi qurumların nümayəndələri əraziyə baxış keçirib, Rəşid Məmmədov küçəsində fərdi yaşayış evlərində sahədaxili ölçmə işlərinə start
Prosesin ilkin mərhələsi olduğu üçün hazırda yalnız ölçmə işləri aparılır.Bizim.Media xəbər verir ki, bu hadisə Bakıda illərdir davam edən,
“Xutor” sözü əslində rus mənşəlidir və kiçik kazak kəndi, təsərrüfatı anlamına gəlir.
Bakının Binəqədi rayonu ərazisindəki bu məhəllə də vaxtilə Qafqaza köçürülmüş kazakların və digər rus icmalarının məskunlaşdığı yerdən miras qalıb.
Əsrlərdir mövcud olan bu məhəllələr indi artıq şəhərin böyüyən infrastrukturunun tələblərinə cavab vermir və sovet dövründən qalmış plansız küçələr, dar yollar park problemini daha da dərinləşdirir.Son illərdə Bakıda tıxac problemi şəhərin ən ciddi problemlərindən birinə çevrilib.
Statistika göstərir ki, paytaxt küçələrində hər il avtomobillərin sayı orta hesabla 30-50 min artır.
Ancaq küçə və yol şəbəkəsi, demək olar ki, dəyişməz qalır.“Xutor” və “Sovetski” kimi ərazilərin sökülməsi yeni binalar üçün yox, əsasən yolların genişləndirilməsi, nəqliyyat axınının rahatlaşdırılması məqsədi daşıyır.