Bakıda keçiddən istifadə edənlərə ŞAD XƏBƏR 31 fərqli ünvanda...

04.11.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Bakıda yeraltı və yerüstü piyada keçidlərinin infrastrukturunun yenilənməsi istiqamətində genişmiqyaslı işlər həyata keçiriləcək.

BAKU.WS-in məlumatına görə, bu məqsədlə "LiftTəmir" İstehsalat Birliyi tərəfindən iki ayrı satınalma müsabiqəsi elan edilib.

Paytaxtın 31 fərqli ünvanında yerləşən keçidlərdə lift, eskalator, travelator və əlil arabaları üçün platformaların yenilənməsi, bir sıra avadanlıqların isə əsaslı təmiri nəzərdə tutulur.

Hər iki layihə üzrə nəzərdə tutulan ümumi vəsait 19 milyon 990 min manat təşkil edir.

Bu layihələrin əhəmiyyəti yalnız köhnəlmiş avadanlıqların yenilənməsi ilə məhdudlaşmır. Piyada keçidlərində lift və eskalatorların işlək vəziyyətdə olması yaşlı insanların, uşaqlı valideynlərin, hərəkət imkanları məhdud şəxslərin və digər piyadaların təhlükəsiz və rahat hərəkəti baxımından vacibdir. Xüsusilə əlil arabaları üçün platformaların yenilənməsi şəhər infrastrukturunun hamı üçün əlçatan olmasına töhfə verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью