Bakıda keçiriləcək Avropa kubokunun proqramı açıqlanıb

28.04.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mayın 1-də Bakıda start götürəcək bədii gimnastika üzrə Avropa kubokunun proqramı açıqlanıb.

İdman.biz xəbər verir ki, 4 gün davam edəcək yarış ötən il olduğu kimi, maraqlı qaydalar əsasında keçiriləcək.

Reqlamentə əsasən, hər bir iştirakçı finala qədər yalnız bir növdə çıxış edəcək.

Müsabiqənin proqramına gəlincə, mayın 1-də halqa ilə, ertəsi gün isə top və lentlə çıxış edəcək qadınlar arasında təsnifat mərhələsi keçiriləcək. Mayın 2-də komandalar qrup hərəkətlərində öz proqramlarını təqdim edəcəklər.

Mayın 3-də fərdi və qruplar arasında “Cross Battles”, mayın 4-də isə yeniyetmələr arasında final yarışları baş tutacaq.

Qeyd edək ki, turnirdə 23 ölkənin gimnastları mübarizə aparacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью