Bakıda keçiriləcək Beynəlxalq Xalça Festivalının tarixi açıqlanıb | Icma.az
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mayın 2-4-də Bakıda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Azərxalça" ASC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə İçərişəhərdə Beynəlxalq Xalça Festivalı keçiriləcək.
BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir.
Festival mayın 2-də Beynəlxalq Xalça Forumu ilə açılacaq. Forum xalça sənayesinin aparıcı mütəxəssislərini, dizaynerləri, istehsalçıları və
Plenar sessiyalar, panel müzakirələri, B2B görüşlər və gənc alimlər üçün xüsusi sessiyalar təşkil olunacaq.
3-4 mayda festival İçərişəhərin tarixi küçələrində davam edəcək.
Qədim karvansaraylar və meydanlar xalça sərgiləri, ustad dərsləri, interaktiv teatr tamaşaları və musiqili tədbirlərə ev sahibliyi edəcək.
Tam oxu
Xəbəri oxu