Bakıda keçiriləcək Dünya Kubokunda 6 rusiyalı gimnast iştirak edəcək

10.02.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Martın 5-8-i aralığında Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda 6 rusiyalı idmançı çıxış edəcək. Sport24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Cakartada təşkil olunmuş dünya çempionatının bürünc medalçısı Daniel Marinov, 2025-ci il mundialının iştirakçıları Məhəmmədjon Yakubov, İlya Zaika, Anna Kalmıkova və Leyla Vasilyeva pytaxtımıza təşrif buyuracaqlar.

Dünya Kubokunun birinci mərhələsi isə 19-22 fevral tarixlərində Almaniyanın Kottbus şəhərində keçiriləcək.

Qeyd edək ki, 2022-ci ilin martında Beynəlxalq Gimnastika Federasiyası (FIG) rusiyalı və belaruslu idmançıları yarışlardan kənarlaşdırıb. Daha sonra federasiya isə məhdudiyyətləri yumşaldıb və idmançılara neytral statusda yarışlara qatılmağa icazə verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью