Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun məkanı bəlli oldu ÖZƏL

28.08.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu (WUF13) 2026-cı il mayın 18-22-də baş tutacaq.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, genişmiqyaslı tədbir Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq.

Qeyd edək ki, Dünya Şəhərsalma Forumu şəhərsalma, urban inkişaf və dayanıqlı şəhərlər mövzusunda beynəlxalq mütəxəssisləri bir araya gətirən nüfuzlu platformadır. Tədbir iştirakçılara innovativ şəhər layihələri, yeni texnologiyalar və urban inkişaf təcrübələrini müzakirə etmək imkanı yaradacaq.

Xatırladaq ki, BOS daha öncə COP-29 kimi genişmiqyaslı tədbirə də ev sahibliyi etmişdi.

Anar Həsənov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью