Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatında hakimlər ən müasir qulaqlıqlardan istifadə edəcəklər

19.04.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 19 aprel, AZƏRTAC

May ayında Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatında hakimlər yeni qulaqlıqlardan istifadə edəcəklər.

AZƏRTAC xəbər verir ki, Dünya Minifutbol Federasiyası bununla bağlı “BluCom Communications” şirkəti ilə uzunmüddətli tərəfdaşlıq müqaviləsi imzalayıb.

Ən müasir qulaqlıqlar oyunlar zamanı hakimlər üçün ünsiyyətin və matçların idarə edilməsinin təkmilləşdirilməsində əsas rol oynayacaq.

Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında reallaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью