Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkatma mərasiminin tarixi bəlli olub

06.02.2025

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu il Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi martın 12-də baş tutacaq.

"Report"un əldə etdiyi məlumata görə, tədbirə mundialda çıxış edəcək yığmaların rəsmi nümayəndələri ilə yanaşı, Afrika, Asiya, Amerika və Beynəlxalq Mini Futbol Federasiyasının rəsmi şəxsləri dəvət olunub.

Püşkatma mərasiminin martın 12-də təşkil edilməsi təsadüfi deyil. Belə ki, tədbirə dəvət alan şəxslər bir gün əvvəl Bakıda minifutbol üzrə Azərbaycan çempionatının final matçını izləyəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью