Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bakı şəhərində təşkil olunacaq güləş üzrə U-17 dünya çempionatında iştirak etmək üçün indiyədək qeydiyyatdan keçən dövlətlərin sayı açıqlanıb.
XQ xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ilkin iştirak ərizələrinə əsasən, mötəbər turnirdə yunan-Roma, sərbəst və qadın güləşi növləri üzrə ümumilikdə 60 ölkədən 669 idmançının qüvvəsini sınayacağı gözlənilir.
Xatırladaq ki, yeniyetmə güləşçilərin dünya birinciliyi iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında baş tutacaq.