Bakıda keçirilən beynəlxalq forumda vətəndaş cəmiyyəti də təmsil olunub

29.10.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Müxtəlif ölkələrdən olan dövlət qurumlarının, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, elm və mədəniyyət nümayəndələrinin bir araya gəldiyi VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hələ uzun illər bu mühüm tədbir iştirakçılarının yaddaşında xoş xatirələrlə anılacaq.

525.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumdakı proqram xarakterli nitqi bu gün dünyada gedən proseslərlə bağlı dövlətimizin aydın mövqeyini ortaya qoyub. Yalnız Forum iştirakçılarına yox, həm də dünyaya. Çünki Azərbaycan Prezidentinin bu nitqi də həmişə olduğu kimi dünya mediasında geniş əks-səda doğurub.

Forumda Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı isə vətəndaş cəmiyyəti təmsilçilərinə beynəlxalq əlaqələrin inkişafı və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyətli fürsət yaradıb.

Forumun mühüm üstünlüklərindən biri də müxtəlif ölkələri təmsil edən mədəniyyət yönümlü qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq imkanı olub. Bu görüşlər qarşılıqlı təcrübə mübadiləsi aparmaq, ortaq maraq doğuran istiqamətləri müəyyənləşdirmək, gələcək birgə layihələr və beynəlxalq mədəni təşəbbüslər üçün yeni əlaqələr yaratmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) yanında məşvərətçi statusa malik “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, ADU-nun professoru Şəhla Nağıyeva Forumda müxtəlif mövzulara həsr olunmuş panel müzakirələrində iştirak edərək mədəniyyətlərarası dialoq, mədəni irsin qorunması, qadınların ictimai və mədəni həyatda rolu, təhsil və vətəndaş cəmiyyətinin inkişafı kimi məsələlər ətrafında aparılan fikir mübadilələrinə qatılıb.

Professor Şəhla Nağıyeva bildirib ki, “hər bir beynəlxalq forum müxtəlif mədəniyyətləri təmsil edən insanlarla ünsiyyət, yeni ideyalarla tanış olmaq və əməkdaşlıq əlaqələrimizi zənginləşdirmək üçün dəyərli fürsətdir. Mənim üçün bu forumda həm universitet professoru, həm də qeyri-hökumət təşkilatının rəhbəri kimi iştirak etmək xüsusi əhəmiyyət daşıyırdı. Müxtəlif mövzulu panel müzakirələri yeni bilik və təcrübələr əldə etməyə, xarici ölkələrin mədəniyyət sahəsində fəaliyyət göstərən QHT nümayəndələri ilə görüşlər isə gələcək birgə layihələr üçün əlaqələr qurmağa imkan yaradıb. 

İnanıram ki, mədəniyyətlərarası dialoq yalnız fikir mübadiləsi deyil, həm də uzunmüddətli əməkdaşlığa aparan mühüm vasitədir.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью