Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hazırda biz bütün dünyada dağıntıları, meşə yanğınlarını quraqlıq, isti hava dalğaları görürük.
Trend xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası (COP29) çərçivəsində "Mədəni irsin qorunması və istifadəsi: Şanksinin (Shanxi) keçidini açmaq üçün açar" adlı mətbuat konfransında çıxış edən "Üçüncü dünya şəbəkəsi" təşkilatının nümayəndəsi Meana Raman deyib.
O qeyd edib ki, yoxsul ölkələr artıq bu iqlim fəlakətlərinin cəzasını çəkirlər.
"Bu fəlakətlərə səbəb olanların artıq heç bir bəhanəsi yoxdur.
İndi onlar məsuliyyətlərini yerinə yetirib-yetirməyəcəklərini görmək üçün önə gəlməlidirlər. Bakıda keçirilən COP29 maliyyə COP-u olmalıdır.
Bu, çox önəmli məsələdir. Masada pul olmadan uyğunlaşma maliyyəsinə ehtiyacınızdan və itki və zərərin həllindən danışa bilməzsiniz.
İqlim maliyyəsi tarixi məsuliyyətdən qaynaqlanır. Bunu unutmayaq", - deyə o bildirib.