Bakıda keçirilən COP29un bitəcəyi tarix açıqlandı

23.11.2024

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Bakıda keçirilən COP29 konfransı 11-22 noyabr tarixlərini əhatə etməli idi. Ancaq bir neçə gün öncə tədbirin daha bir gün uzadıldığı bildirildi.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, COP29 konfransı ilə bağlı təşkilatçılardan tədbirin müddəti ilə bağlı növbəti yenilənmə yoxdur. Buna görə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) sabah yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, COP29 sammitində iştirak üçün dünyanın 196 ölkəsindən 72 min nəfər qeydiyyatdan keçib. Qonaqlar arasında 80-dən çox prezident, vitse-prezident və baş nazir olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью