Bakıda keçirilən dünya çempionatında ilk 1/4 finalçı bəlli oldu

27.05.2025

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin oyunlarına start verilib.

"Ölkə.az" xəbər verir ki, bu raundda ilk olaraq İngiltərə və Bolqarıstan seçmələri üz-üzə gəliblər.

Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub.

Burada daha dəqiq oynayan (3:1) ingilislər növbəti mərhələyə adlayıblar.

Qeyd edək ki, İngiltərə 1/4 finalda Azərbaycan - Rumıniya cütünün qalibi ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью