Bakıda keçirilən Dünya Kubokunda üçüncü yarış günü başa çatıb

07.03.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda üçüncü yarış günü başa çatıb.

Apasport.az xəbər verir ki, finalın ilk günündə gimnastlarımız Nikita Simonov və Dəniz Əliyeva mübarizə aparıblar.

Onlar ilk üçlükdə yer ala bilməyiblər. Nikita Simonov halqalar proqramında 4-cü, Dəniz Əliyeva isə dayaqlı tullanmada 6-cı pillədə qərarlaşıb.

Sabah isə yarışın sonuncu – ikinci final günü keçiriləcək. Həmin gündə gimnastımız Aydın Əlizadə mübarizə aparacaq.

Qeyd edək ki, yarış martın 8-də yekunlaşacaq.

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - FOTO Bakıda aerobika və akrobatika gimnastikası üzrə çempionatlar keçiriləcək Bakıda keçirilən "Winter Fairytale" beynəlxalq turniri başa çatıb - FOTO Tofiq Əliyev yenidən beynəlxalq gimnastika liqasının qalibi olub - VİDEO Gimnastların Bakı birinciliyi başa çatıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью