Bakıda keçirilən kəlağayı yürüşündən VİDEOREPORTAJ

14.10.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dənizkənarı bulvarda QHT nümayəndələrinin iştirakı ilə milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə kəlağayı yürüşü keçirilib.
Kəlağayı Azərbaycan qadınının zərifliyini, xalqımızın zəngin mədəni irsini, ailə dəyərlərini, milli geyim mədəniyyətini özündə yaşadır.
 

MÖVZU İLƏ BAĞLI:
Bakının mərkəzində kəlağayı yürüşü keçirildi – FOTO/VİDEO


Vaxtilə bu ipək örtük yalnız qadınların geyim elementi deyil, həm də el-obanın sevincini və hüznünü ifadə edən rəmz olub.
El adətlərinə görə, toy evlərindən qırmızı, yas evlərindən isə qara kəlağayı asılardı. Bu gün keçirilən yürüş də həmin irsin yaşadılmasına, gənc nəslə tanıdılmasına və milli-mənəvi dəyərlərimizə diqqətin artırılmasına xidmət edir.
Ətraflı Bizim.Media-nın videosüjetində:

Günay Şahmar, Tural Xəlil, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью