Bakıda keçirilən mundialda Azərbaycan ikinci oldu

29.07.2026

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Bakıda keçirilən U-17 dünya çempionatında iştirak edən Azərbaycanın yunan-Roma güləşçiləri komanda hesabında ikinci yeri tutublar.

"Bakupost" xəbər verir ki, Azərbaycan millisi 107 xalla dünya çempionatını ikinci pillədə başa vurub.

Komanda hesabında Rusiya 127 xalla birinci, İran isə 96 xalla üçüncü yeri tutub.

Azərbaycan yığması mundialı ümumilikdə 6 medalla başa vurub. Yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdulrəhman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medal qazanıblar.

Ömər Salmanov (48 kq), Elmir Çərkəzov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medala sahib olublar.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью