Bakıda keçirilən UFC də ilk qadın qalib Siqula olub

21.06.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda keçirilən “UFC Fight Night”da üçüncü döyüşə yekun vurulub.

Apasport.az xəbər verir ki, yarım yüngül çəkidə Rusiya təmsilçisi İrina Alekseyeva polşalı Klaudiya Siqula ilə qarşılaşıb.

İlk iki döyüşdə olduğu kimi, burada da üstün tərəfi hakimlər müəyyən edib. 3 raundun yekununda referilər polyak idmançını qalib elan ediblər.

Bununla da, Siqula Bakıda keçirilən UFC-nin ilk qadın qalibi olub.

Qeyd edək ki, Azərbaycan təmsilçilərinin də çıxış edəcəyi əsas döyüşlərə saat 23:00-da start veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью