Bakıda keçmiş arvadını döyən kişi cəzalandırılmadı

27.08.2026

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bakının Sabunçu rayonunda 40 yaşlı kişi keçmiş arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadıqları evdə baş verib.
1986-cı il təvəllüdlü Fazil birgə yaşadıqları evdə keçmiş arvadı Nəcibə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Fazil şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı keçmiş həyat yoldaşının başına və bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə şillə ilə vuraraq ona xəsarətlər yetirib.
Faktla bağlı Fazilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs məhkəməyə barışıq ərizəsini təqdim edib və əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirib. Qadın da keçmiş əri ilə barışdığını təsdiqləyib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət təqibinə xitam verilib.
Fariz Məlikli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью