Bakıda Kerala ştatına həsr olunmuş tədbir keçirilib

26.11.2025

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Hindistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakı Malayali Assosiasiyası Kerala ştatına həsr olunmuş tədbir keçirib.

525.az xəbər verir ki, tədbirdə Hindistan icmasının nümayəndələri, azərbaycanlı qonaqlar iştirak ediblər. 

Əvvəlcə çıxış edən Hindistan səfiri Sridharan Madhusudhanan bu mədəni tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu cür tədbirlər həm də ölkələrin mədəniyyətinin təbliğində, tanıdılmasında, mədəni bağların möhkəmlənməsində mühüm rol oynayır. 

Daha sonra bədii proqram təqdim olunub. İştirakçılar hind klassik rəqsi, hind vokal və instrumental musiqisi, eləcə də canlı sənət növü olan Theyyam kimi heyranedici çıxışları izləyiblər. 

Sonda isə qonaqlara Kerala ştatına aid olan milli ntəamlar təqdim edilib.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью