Bakıda Kia beton dirəyə çırpıldı Ölən var

10.03.2025

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Milli.Az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində, Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, Ramin Həsənov idarə etdiyi "Kia Rio" markalı avtomobillə beton dirəyə çırpılıb. Daha sonra eyni istiqamətdə hərəkətdə olan Elman Cəbrayılovun idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə toqquşub.

Nəticədə R.Həsənov hadisə yerində ölüb. E.Cəbrayılov isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью