Bakıda Kia qaçırıldı

21.01.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Nizami rayonu M.Əliyev küçəsində “Kia” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 

"Unikal" xəbər verir ki, Nizami RPİ 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən T.Bulğuyev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin qaçırdığı avtomobillə qəza törətməsi də müəyyən olunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью