Bakıda kilosu 12 manata dana əti satılır Açıqlama

07.09.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial şəbəkələrdə Ukraynadan 12 manatdan başlayan qiymətlərlə ət gətirilməsi ilə bağlı görüntülər yayılıb. Ümumiyyətlə müharibə şəraitində olan ölkədə ətlərin hansı üsullarla kəsilməsi də maraq doğuran məsələlərdəndir.
Demokrat.az-a bu barədə açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Ukraynadan gətirilən ətlərlə və toyuqlarla bağlı Azad İstehlakçılar Birliyinə daim telefon zəngləri daxil olur:

“Dünən, bazar günü də telefon zənglərindən biri 4 manata olan toyuqlarla bağlı gəldi. Sonra məlum oldu ki, bunlar Belarusdan gətirilir. Lakin Ukraynadan gələn ətlərlə bağlı, çox təəssüflər olsun ki, heç bir şəffaflıq yoxdur. Bu əti gətirən insanlar da mətbuatla, kütləvi informasiya vasitələri ilə fəal iş aparmırlar ki, cəmiyyət məlumatlandırılsın. Lakin bunu da bilməliyik ki, Qida Təhlükəsizliyi Agentliyi hər şeyə nəzarət edir və Azərbaycana daxil olan bütün mallar Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altında ölkəyə gətirilir. Yəni onların icazəsi olmadan heç bir ərzaq məhsulu ölkəyə daxil ola bilməz. Şübhəsiz ki, Qida Təhlükəsizliyi Agentliyi həmin istehsal yerində monitorinq aparır və ətin təhlükəsizliyini təmin edir.
Onun sözlərinə görə, təəssüflər olsun ki, qeyd etdiyim kimi, Ukraynadan mal idxal edən insanlar cəmiyyətdən və kütləvi informasiya vasitələrindən ciddi şəkildə gizlənirlər:
“Bu gizlənmək yəqin ki, hansısa amillərlə bağlıdır. Yəni istehlakçı üçün uyğun olmayan, narahatedici hansısa amillər var ki, ona görə bunlar gizlənirlər. Onu da qeyd edək ki, bunlar dondurulmuş ətlərdir. Ölkədə ümumiyyətlə dondurulmuş əti az alırlar, ona görə də qiyməti ucuzdur. Ukraynadan, həqiqətən də müharibə şəraitində olsa da, Azərbaycana ət idxal olunur”.
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью