Bakıda kimlər gizli görüş keçirib?

21.07.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

2024-2025-ci illər arasında Bakı və Əbu-Dabidə gizli diplomatik görüşlər keçirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb.

Bu görüşlərin məqsədi Rusiya ilə Ukrayna arasında müharibənin başlamasından sonra Kremllə əlaqəli şəxslərlə gizli şəkildə əlaqələri bərpa etmək olub. pizza hut

Almaniya nümayəndə heyətini Ronald Pofalla (Angela Merkelin keçmiş aparat əhbəri) və Matthias Platzek (Brandenburq əyalətinin keçmiş baş naziri) təmsil edib. Rusiya nümayəndə heyətinə Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev daxil olub.

Almaniya hökuməti bu gizli danışıqlardan qəti şəkildə uzaqlaşaraq, onların sırf özəl təşəbbüslər olduğunu, dövlətin iştirakı və ya rəsmi təsdiq olmadan təşkil olunduğunu bəyan edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью