Bakıda kimsəsiz qoca belə xilas edildi VİDEO | Icma.az
Sitat.info saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gördüyünüz bu kimsəsiz qocanı Sabunçu rayonu, Təcili Yardım Stansiyasının 1 sayli bölməsinin işçiləri küçədə yağışın altında tapıb stansiyaya gətiriblər.
Yataq xəstəsi olan 64 yaşlı Hüseynov Vidadi Misir oğlu günlərdir baxımsız vəziyyətdə olub.
Stansiya işçiləri qocaya ilkin yardım göstərərək onu təmizləyib, geyindirib, isti yeməklə təmin ediblər.
Stansiyasnın həkimi Hadi Gövher Hidayet qızı redaksiyamıza zəng edib vətəndaşın sığınacaqla təmin edilməsi üçün kömək istədi.
Dərhal dövlət qurumları ilə əlaqə saxladıq. Müraciətimiz daxil olan kimi Sosial Xidmətlər Agentliyi əməkdaşları kimsəsiz qocaya baş çəkdilər
Səhər tezdən təcili yardım stansiyasının həkimləri onun köçürülməsi üçün bütün hazırlıq işlərini görüb səliqəli şəkildə geyindiriblər.
Həkimlər öz geyimlərindən gətirib bağışlayıb, Vidadi Hüseynovun boğçasını da hazır ediblər.
Tam oxu
Xəbəri oxu